Rusiya-Afrika sammitinin yekun bəyannaməsində Ukraynadakı vəziyyətlə bağlı heç bir müddəa yoxdur.
“Report” xəbər verir ki, sənəddə təhlükəsizlik, siyasət və iqtisadiyyat, elmi-texniki, humanitar və digər sahələrdə əməkdaşlığa dair bəndlər var.
İyulun 27-28-də Sankt-Peterburqda "Rusiya - Afrika" ikinci sammiti və iqtisadi forumu keçirilib.