Rəsmi Moskva: Rusiyadakı səfirin dəyişdirilməsi məsələsi Ermənistanın səlahiyyətindədir

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Moskvadakı səfirinin dəyişdirilməsi məsələsinin İrəvanın səlahiyyətində olduğunu bildirib.

“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

“Rusiya Ermənistanın Moskvadakı hazırkı səfirinin işindən razıdır, o, ikitərəfli münasibətlərə mühüm töhfə verib”, - o bildirib.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24