Rəsmi Minsk Litvaya nota verdi

Belarus sərhəddəki insidentlə bağlı Litvaya nota verib.

“Report” xəbər verir ki, bu barədə məlumatı Belarus XİN-in mətbuat katibi Anatoli Qlaz verib.

“Belarus tərəfi bu faktı planlaşdırılmış bir təxribat kimi qiymətləndirir və hadisənin Vilnüs tərəfindən düzgün araşdırılacağını, gələcəkdə bunun təkrarlanmaması üçün tədbirlər görüləcəyini gözləyir”, - A.Qlaz vurğulayıb.

Xatırladaq ki, ötən gün Litvadan Belarus ərazisinə 8 hava şarı buraxılıb. Belarus Müdafiə Nazirliyinin bugünkü açıqlamasında həmin şarların helikopter vasitəsilə zərərsizləşdirildiyi bildirilib. Elə həmin gün Litva XİN hava sərhədinin pozulması ilə əlaqədar rəsmi Minskə nota verib.

Digər xəbərlər

Qaziantepdə zəlzələ olub 25 yanvar, 2026 / 22:03
İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43