Qriqoryan ABŞ rəsmisi ilə İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini müzakirə edib

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Görüş zamanı həmsöhbətlər regiondakı hadisələri, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini və onun ardıcıllığının təmin edilməsinin vacibliyini müzakirə ediblər.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49