Qriqori Karasin: “Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı məlumatlar cəfəngiyyatdır”

“Rusiyanın Ermənistanda dövlət çevrilişi hazırlaması ilə bağlı məlumatlar cəfəngiyyatdır”.

“Report” News.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

Onun sözlərinə görə, belə iddiaları səsləndirən zaman faktlar irəli sürmək lazımdır: “Hər hansı virtual sxemlər uydurmaq və bu barədə bütün dünyaya car çəkmək ağıllı olmayan, daha doğrusu, çox axmaq siyasətçilərə xas olan xüsusiyyətdir. Belə bəyanatlar Rusiyaya qarşı düşmənçiliyə təhrik üçün səsləndirilir”.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49