Qondarma Abxaziya Respublikasının “Myussera” keçid məntəqəsində polis əməkdaşları ilə atışmada yaralanan iki nəfər Qudaut rayon Xəstəxanasına yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə tanınmamış Abxaziya Respublikasının Baş Prokurorluğunun rəsmi məlumatında deyilir.
Qeyd olunur ki, seçki məntəqəsinə hücum edənlər avtomobillərlə qaçmağa cəhd ediblər. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarının “dayan” əmrinə tabe olmayaraq atəş açıblar. Atışmadan sonra avtomobillərdən birinin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini küvetə aşırıb.
İlkin məlumata görə, magistralda baş verən atışmanın zərərçəkənləri atəş açanlardır. Onlardan birinin şəxsiyyəti müəyyən edilib.
01.03.2025. 23:19
Qondarma Abxaziya Respublikasında bir qrup silahl şəxs səsvermə keçirilən məntəqəyə hücum edib.
“Report” xəbər verir ki, bu barədə tanınmamış respublikanın Baş Prokurorluğunun rəsmi məlumatında deyilir.
Hadisə Bakı vaxtı ilə saat 20:30 radələrində 14 saylı “Tsandripş” seçki dairəsinin 2 saylı tam orta məktəbdə yerləşən 5 saylı seçki məntəqəsində qeydə alınıb.
Silahlıların sayının 20 nəfərə qədər olduğu təxmin edilir.
Onlar seçki komissiyasının üzvlərini zorakılıqla hədələyiblər.