Qondarma Abxaziya Respublikasında seçki məntəqəsinə hücum edənlərdən birinin kimliyi məlum olub

Qondarma Abxaziya Respublikasında seçki məntəqəsinə hücum edənlərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb və yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"Seçki məntəqəsinə basqın edən və Abxaziyanın hüquq-mühafizə orqanlarının əməkdaşlarına avtomat silahdan atəş açan cinayətkar qruplaşmanın üzvlərindən birinin şəxsiyyəti məlum olub. Bu, Nurik Smırdır. O, cavab atəşi nəticəsində yaralanıb və xəstəxanadadır”, - o deyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin digər iştirakçılarının kimliyini müəyyənləşdirirlər.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49