​Qırğızıstanda zəlzələ baş verib

Bakı. 8 iyun. REPORT.AZ/ Qırğızıstan ərazisndə 5,2 bal gücündə zəlzələ baş verib.

"Report" "Novosti-Kazaxıstan"a istinadən xəbər verir ki, bu haqda Qazaxıstan Təhsil Nazirliyinin Seysmoloji Təcrübə-metodik Stansiyası məlumat yayıb.

Xəbərə görə, hadisə bu gün səhər saatlarında olub.

Yeraltı təkanlar 10 klm dərinlikdə baş verib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Digər xəbərlər