​Qətərin Ankaradakı səfirliyinə silahlı basqın edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Dekabrın 29-da gecə saatlarında Qətər Əmirliyinin Türkiyə paytaxtı Ankardakı səfirliyinin binasına silahlı basqın edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində binanın təhlükəsizlik əməkdaşlarından biri yaralanıb.

Hadisə yerindən 2 tüfəng və boş gilzlər aşkarlanıb. Kamera basqınçının taksi ilə gəldiyini və avtomobildən enərək, odlu silahdan üç dəfə atəş açdığını  qeydə alıb. 

Digər xəbərlər