Rusiyanın paytaxtı Moskvada Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak edəcək İkinci Dünya müharibəsinin 80-ə yaxın veteranı karantinə yerləşdirilib.
“Report” xəbər verir ki, bunu “Bloomberg” nəşri yazıb.
Veteranların karantinə yerləşdirilməsinə səbəb onların iyunun 24-də keçiriləcək Qələbə paradında Rusiya prezidenti Vladimir Putinlə birgə tribunada əyləşəcəkləridir. Hökumət veteranların koronavirusa yoluxacaqlarından və dövlət başçısını da yoluxduracaqlarından ehtiyat edir.
Veteranlar Moskvadan kənarda yerləşən bir kurortda təcrid olunublar.