Rusiyanın "Qazprom" şirkəti Ukraynanın qazötürmə sistemi vasitəsilə qaz nəqlinin həcmini yenidən artırır.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ilin əvvəlindən başlayaraq Ukrayna ərazisindən Rusiya qazının nəqli 2 dəfədəyək azalıb. Yanvar ayının sonlarından etibarən həcmlərdə artım müşahidə olunub və fevralın 1-i “Qazprom” Ukrayna qarşısında müqavilə öhdəliklərinə yaxın həcmdə - 106,7 milyon kubmetr qaz nəql edib.
Bu gün həcmin 107,8 milyon kubmetrə çatacağı gözlənilir.
Qeyd edək ki, “Qazprom” Ukrayna qarşısında müqavilə üzrə tranzit öhdəlikləri, təxminən, 109 milyon kubmetr təşkil edir.