Qazaxıstanda taxıl daşıyan 19 vaqon relsdən aşıb

Qazaxıstanın Karaqanda vilayətində taxıl daşıyan yük qatarının 19 vaqonu relsdən aşıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Qaraqanda-Akadır xəttinin Karabas stansiyasında baş verib. Ölən və ya xəsarət alan olmayıb.

Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qəzanın fəsadlarının aradan qaldırılmasına üç bərpa qatarı cəlb edilib.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50