Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırda prezident vəzifəsini icra edən Kasım-Jomart Tokayevi ölkədə keçiriləcək prezident seçkiləri üçün ilk namizəd kimi qeydə alıb.
"Report" TASS-a istinadən xəbər verir ki, komissiya katibi Sabila Mustafina Tokayevin təqdim etdiyi bütün sənədlərin MSK-nın tələblərinə uyğun olduğunu açıqlayıb.
Qazaxıstanda prezident seçkiləri iyunun 9-da keçiriləcək.
Xatırladaq ki, Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev prezident seçkilərindəki "Nur Otan" Partiyasından Tokayevin namizədliyini irəli sürüb.