Mərkəzi Asiya ölkəsi Qazaxıstanda koronavirus qurbanlarının sayı 16-ya çatıb.
“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb.
Bildirilib ki, ölkədə indiyədək qeydə alınmış yoluxmaların sayı 1 290-dır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 023 000-i ötüb. Bunların 492 322 nəfəri sağalıb, 128 890 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.