Qazaxıstanda hərbi helikopter radarlardan itib | Report.az

Qazaxıstanda hərbi helikopter radarlardan itib

Qazaxıstanın Almatı vilayətində EC-145 hərbi helikopteri radarlardan itib.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Helikopterin göyərtəsində üç ekipaj üzvü olub. Hazırda Qazaxıstanın Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri cəlb edilməklə axtarış-xilasetmə işləri aparılır.

Bütün halların araşdırılması üçün hadisə yerinə xüsusi komissiya göndərilib.

"100-dən çox canlı qüvvə və təxminən 15 vahid texnika, o cümlədən aviasiya və pilotsuz uçuş aparatları cəlb edilib", - məlumatda qeyd olunub.

Digər xəbərlər

Rusiya Naftoqazın obyektinə zərbə endirib 15 октября, 2026 / 11:49
Türkiyədə 18 qanunsuz miqrant saxlanılıb 14 октября, 2026 / 00:40
Türkiyədə 80 nəfər qidadan zəhərlənib 13 октября, 2026 / 23:55