Qazaxıstanda 2021-ci ildən pasportların Latın əlifbasında verilməsi planlaşdırılır

Bakı. 13 fevral. REPPORT.AZ/ Qazaxıstanda pasport və şəxsiyyət vəsiqələrinin Latın əlifbası ilə yazılaraq verilməsi prosesinə 2021-ci ildən başlamaq planlaşdırılır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerlan Kojaqapanov bildirib.

Onun sözlərinə görə, 2024-2025-ci illərdə yerli icra hakimiyyəti orqanlarının, dövlət KİV-inin və dövlət nəşrlərinin mərhələli şəkildə Latın əlifbasına keçidi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax dili əlifbasının mərhələli şəkildə 2025-ci ilə qədər Latın qrafikasına keçidi haqqında fərman imzalayıb. O, tərcüməni təmin etmək üçün 32 hərfdən ibarət qazax dili əlifbasının Latın qrafikası ilə təsdiqlənməsinə dair qərar verib.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50