Qazaxıstan və Ermənistan XİN-lərarası dialoqu davam etdirməklə bağlı razılığa gəlib

Qazaxıstan Xarici İşlər Nazirliyində (XİN) Ermənistanla ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

"Report" Qazaxıstan XİN-ə istinadən xəbər verir ki, görüşə ölkənin xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev və onun erməni həmkarı Mnatsakan Safaryan sədrlik edib.

Görüş iştirakçıları ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlıq məsələlərini, o cümlədən regional inteqrasiya strukturları çərçivəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.

Danışıqların yekunu üzrə tərəflər XİN-lərarası dialoqu davam etdirməklə bağlı razılığa gəliblər.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49