Tokayev sabah Soçiyə səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sabah, avqustun 19-da Soçiyə gedəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, o, Rusiya dövlət başçısı Vladimir Putinlə görüşəcək.

Liderlərin regional və ikitərəfli məsələləri müzakirə edəcəkləri gözlənilir.

Digər xəbərlər