Bakı. 20 fevral. REPORT.AZ/ Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Rusiyanın “Lukoil” neft şirkətinin başçısı Vahid Ələkbərovu qəbul edib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər neft-qaz sənayesi sahəsində gələcək əməkdaşlığın inkişafına dair məsələləri müzakirə ediblər.
N.Nazarbayev bildirib ki, “Lukoil” şirkəti Qazaxıstan iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyub.
Sonda N.Nazarbayevə Qazaxıstanın Xəzər dənizi hissəsində karbohidrogen kəşfiyyatı və hasilatı üzrə “Jenis” layihəsinin birlikdə həyata keçirilməsi planının detalları təqdim olunub.