Qazaxıstan "Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb

Bakı. 3 mart. REPORT.AZ/ Qazaxıstan “Nüvə silahının qadağan olunması haqqında” müqaviləni imzalayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Sənəd Qazaxıstanın BMT-yə üzvlüyə qəbul olunmasının 26-cı ildönümü günü Nyu-Yorkda imzalanıb.

Müqaviləyə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 2018-ci il yanvarın 9-da imzaladığı uyğun fərmana əsasən, ölkənin BMT-dəki daimi nümayəndəsi Kayrat Umarov imza atıb.

2017-ci il iyulun 7-də qəbul edilən “Nüvə silahının qadağan edilməsi haqqında” müqaviləni BMT-yə üzv olan 122 dövlət dəstəkləyib. Bir müddət əvvəl 56 dövlət bu müqaviləni təsdiqləyib. Qazaxıstan müqaviləni təsdiqləyən 57-ci dövlət olub. 

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49