Qazaxıstanda meşə yanğınlarına yaxın kəndlərin sakinləri təxliyə edilir

Qazaxıstanın şimalındakı Kostanay vilayətində meşə yanğınlarına yaxın kəndlərin 1 000 nəfərdən çox sakini təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yanğın güclü külək nəticəsində sürətlə yayılmağa başlayıb. İndiyədək 3 000 hektara qədər meşə sahəsi yanıb.

Fövqəladə hallar naziri Yuri İlin yanğının Amankaraqay kəndi yaxınlığındakı neft bazasına keçməsi təhlükəsi barədə xəbərdarlıq edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kostanay vilayətinə gözlənilən işgüzar səfəri zamanı əməliyyat qərargahına baş çəkməyi və meşə yanğınlarının aradan qaldırılması üçün görülən tədbirlərlə tanış olmağı planlaşdırır.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24