Qaluzin: “Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək zərərlidir”

Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu müzakirə etmək yersiz və zərərlidir.

“Report”un xəbərinə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

O xatırladıb ki, hərbi bazanın yerləşməsi ilə bağlı saziş 1995-ci il martın 16-da imzalanıb: “Bu sənədin 26-cı maddəsinə əsasən, hərbi qulluqçularımızın qalma müddəti 49 ildir və bundan sonra saziş avtomatik olaraq 5 illik müddətə uzadılır”.

M.Qaluzinin sözlərinə görə, rusiyalı əsgər və zabitlər təkcə Ermənistanda deyil, həm də bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin edir.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49