Rusiya Prezidenti Vladimir Putinin "birbaşa xətt"i və mətbuat konfransı - "İlin yekunları" proqramı 4 saat 27 dəqiqə davam edib.
"Report"un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, proqram ərzində o, 42 jurnalistin suallarını, "birbaşa xətt"ə daxil olan 16 sualı, həmçinin blits formatında 15 sualı cavablandırıb.
Ötən il də tədbir 4 saat 27 dəqiqə davam etmişdi.
Rekord 2020-ci ildə qeydə alınıb, o zaman "birbaşa xətt" və mətbuat konfransı 4 saat 30 dəqiqə çəkmişdi.