"Bu gün Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirə keçirəcək".
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dekabrın 10-da jurnalistlərə bildirib.
“Prezident gün ərzində Təhlükəsizlik Şurasının daimi üzvləri ilə əməliyyat müşavirəsi keçirəcək. Biz həmişəki kimi bu barədə video yayıb, informasiya verəcəyik”, - o deyib.
Bildirilib ki, müşavirədə iqtisadi təhlükəsizlik sahəsində Rusiyanın iqtisadi maraqlarının təmin olunmasına dair məsələ də müzakirə olunacaq.