Putin Paşinyanla görüşüb

Bakı. 14 may. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.

“Report” xəbər verir ki, məlumatı Ermənstan KİV-i yayıb.

“Sizə uğurlar arzulayıram. Ümid edirəm ki, münasibətlərimiz əvvəlki kimi inkişaf edəcək”, - Rusiya prezidenti vurğulayıb.

Nikol Paşinyan, öz növbəsində, Rusiya-Ermənistan müttəfiqliyinin davam edəcəyinə əmin olduğunu bildirib. 

O qeyd edib ki, yeni hakimiyyət ikitərəfli münasibətlərə təkan verəcək.

“Rusiya-Ermənistan münasibətlərinin vacibliyinə kiminsə şübhə edəcəyinə inanmıram. Siyasi, iqtisadi-ticarət əlaqələrinə təkan verməyə enerjimiz var”, - N.Paşinyan bildirib.

Digər xəbərlər