KİV: Putin BAEA nümayəndələrinin Ukrayna vasitəsilə Zaporojye AES-ə gəlməsinə razılıq verib

Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyasının Ukrayna ərazisindən keçməklə Zaporojye AES-ə gəlməsi ilə bağlı razılığa gəlib.

“Report” xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.

İki ölkə liderləri, həmçinin iyulun 22-də İstanbulda Ukrayna taxılının ixracı üzrə bağlanmış sazişi müzakirə ediblər.

Xatırladaq ki, bundan əvvəl Makronla Putin arasında son üç ayda ilk telefon danışığı olub.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49