Putin: İran nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir

İran nüvə texnologiyalarından dinc məqsədlər üçün istifadə etmək hüququna malikdir və Moskva Tehrana sülh xarakterli atom enerjisinin inkişafında yardım göstərməyə hazırdır.

“Report” məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, İran dəfələrlə nüvə silahı yaratmaq planlarının olmadığını bildirib.

"Atom Enerjisi üzrə Beynəlxalq Agentliyində (AEBA) nüvə silahının yaradılması ilə bağlı heç bir sübut yoxdur", - V.Putin qeyd edib.

O vurğulayıb ki, Rusiya kütləvi qırğın silahlarının dünyanın istənilən ölkəsi, o cümlədən İranın hesabına yayılmasının əleyhinədir.

Digər xəbərlər

İranda COVID-19-a yoluxma artır 01 noyabr, 2026 / 16:40
İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49