Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin raket müdafiə sisteminin komponentlərinin artırılmasına diqqətlə nəzarət etməyi tapşırıb.
"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, o, bunu RF Təhlükəsizlik Şurasının iclasında bildirib.
O, həmçinin müvafiq qurumlara kosmosda ələ keçirmə vasitələrinin yerləşdirilməsinə hazırlığı izləməyi tapşırıb.