"Nə Gürcüstan, nə də Avropa İttifaqı bölgədə yeni gərginlik nöqtəsinin yaranmasını istəyir".
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili "Euronews" kanalına ölkədə son günlər baş verən hadisələri şərh edərkən deyib.
O bildirib ki, ölkədə istənilən gərginliklə bağlı olan cəhdlərin qarşısı dinc yolla alınacaq.
S.Zurabişvili Tbilisi və Moskva arasında gərginliyin olmasına baxmayaraq, Gürcüstana 1,5 milyon nəfər rusiyalı turistin səfər etdiyini deyib:
"Gürcüstanda rusiyalı turistlər və yerli əhali arasında heç bir insident olmayıb. Rusiyalı turistlər Gürcüstana səfər etməkdə davam edəcəklər, çünki onlar Gürcüstanı sevirlər".