Ukraynanın keçmiş prezidentinin partiyasının adı dəyişdirilib

Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonun “Petro Poroenko “Solidarnost” Partiyası (“Petro Poroşenko “Həmrəylik” Partiyası) adını dəyişib.

“Report” “Ukraynskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə qərar partiyanın mayın 24-də keçirilən qurultayında qəbul edilib.

Bildirilib ki, bundan sonra partiya Avropa Həmrəylik Partiyası adlanacaq.

Avropa Həmrəylik Partiyasının yeni qurultayı cari il mayın 31-də keçiriləcək.

Digər xəbərlər

İranda fabrik yanır 05 yanvar, 2026 / 17:53