Poroşenko Krımın Rusiyaya birləşdirilməsini Hitlerin işğalları ilə müqayisə edib

Bakı. 9 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko bildirib ki, Krımın Rusiyaya birləşdirilməsi nasist Almaniyasının "özgə torpaqlarını işğal etməsi"nə bənzəyir.

"Report" xəbər verir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb.

Prezident qeyd edib ki, Krım Hitler Almaniyasının təqribən 80 il əvvəl özgə torpaqlarını zəbt etdiyi kimi Rusiya tərəfindən işğal olunub.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49