Polis Kemerovodakı yanğında itkin düşənlərdən 5-ni diri tapıb

Bakı. 26 mart. REPORT.AZ/ Rusiya polisi Kemerovoda "Zimnyaya vişnya" ("Qış albalısı") ticarət-əyləncə mərkəzində baş verən yanğında itkin düşmüş hesab edilən bir neçə nəfəri tapıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən polisin operativ axtarış tədbirləri nəticəsində itkin düşdüyü elan edilən 64 vətəndaşdan beşini  - 3 yetkinlik yaşına çatmayan qızı və 2 cavan oğlanın tapıldığı bildirilib.

Məlum olub ki, onlar faciə yerində olmayıblar.

Xatırladaq ki, Kemerovoda ticarət mərkəzində baş varən yanğında ölənlərin sayı 53-ə çatıb.

Digər xəbərlər

Tokayev Türkiyəyə səfər edəcək 27 oktyabr, 2026 / 16:24