Peskov: Yəqin ki, Putin Əliyev və Paşinyanla Zəngəzur dəhlizi mövzusunu müzakirə edib

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistandan olan həmkarları İlham Əliyev və Nikol Paşinyanla danışıqları zamanı yəqin ki, Zəngəzur dəhlizi mövzusuna toxunulub.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putin onların hər biri ilə ayrı-ayrılıqda təkbətək danışıb, yəqin ki, fikir mübadiləsi aparılıb, Zəngəzur dəhlizi mövzusuna da toxunulub”, – mətbuat katibi qeyd edib.

Digər xəbərlər