Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Həmsöhbətlər aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.