Baş nazir: "Ermənistan-Türkiyə sərhədindəki körpünün bərpası simvolik addım ola bilər"

Ermənistan Türkiyə ilə sərhəddə yerləşən Ani körpüsünün bərpası layihəsini çoxdan hazırlayıb. Bu körpünün bərpası simvolik addım ola bilər".

"Report" "Sputnik Armenia" ya istinadən xəbər verir ki, bu fikirləri Ermənistan baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, zəlzələdən sonra rəsmi İrəvanın Türkiyəyə humanitar yardım göstərməsi iki ölkə arasında münasibətlərin bərpasına kömək edə bilər.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49