Özbəkistanda daha 56 nəfərin koronavirusa yoluxması faktı qeydə alınıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Özbəkistanda qeydə alınmış virusa yoluxma hallarının sayı 1 054-ə çatıb.
Bildirilib ki, ölkədə indiyədək koronavirus qurbanlarının sayı 4 nəfərdir. 85 nəfər isə virusdan sağalıb.
Qeyd edək ki, Mərkəzi Asiya ölkəsi olan Özbəkistanda koronavirusa ilk yoluxma faktı martın 15-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 925 000-i ötüb. Bunların 452 178 nəfəri sağalıb, 119 718 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.