Özbəkistanda ötən sutka ərzində 31 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Mərkəzi Asiya ölkəsində virusa yoluxma faktlarının sayı 1 380-ə yüksəlib.
Qeyd edək ki, Özbəkistanda indiyədək 4 nəfər pandemiyanın qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 183 000-i ötüb. Bunların 552 735 nəfəri sağalıb, 146 855 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.