Özbəkistan Qazaxıstana torpaq verdi

Özbəkistanın Gülüstan vilayətinin Bağıs və Xiyaban kəndləri qonşu Qazaxıstanın Türküstan vilayətinin Sarıağac dairəsinə birləşdirilib.

“Report” “Khabar 24”-ə istinadən xəbər verir ki, iki ölkə arasındakı razılaşma nəticədə Qazaxıstan ərazisini 796 ha artırıb. Yerli idarəetmə qurumları bununla bağlı - sərhədin dəyişdirilməsinə dair təkliflərini Qazaxıstan hökumətinə təqdim ediblər.

Qeyd edək ki, adıçəkilən kəndlərdə əhalinin yarısı Qazaxıstan, yarısı isə Özbəkistan vətəndaşıdır.

Digər xəbərlər

Paşinyan yeni müşavir təyin edib 08 dekabr, 2025 / 20:02