Rusiyanın Novorossiysk şəhərində pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumundan sonra fövqəladə vəziyyət rejimi tətbiq edilib.
"Report"un Rusiya KİV-inə istinadən məlumatına görə, bu barədə şəhərin meri Andrey Kravçenko sosial şəbəkələrdə bildirib.
"Novorossiysk Ukrayna Silahlı Qüvvələri tərəfindən PUA-larla kütləvi hücuma məruz qalıb. Fövqəladə vəziyyət rejimi tətbiq edilib", - A.Kravçenko yazıb.
Onun sözlərinə görə, PUA hücumları nəticəsində "Çernomortransneft"in rezervuarı və körpüsünə ziyan dəyib: "Şəhərin infrastrukturuna ziyan dəyib. "Çernomortransneft"in rezervuarı və körpüsü, NUTEP konteyner terminalı zədələnib".