Nikolay Patruşevin oğlu "Qazprom"un direktorlar şurasının üzvü olacaq

Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev “Qazprom” dövlət şirkətinin direktorlar şurasının yeni heyətinə daxil ola bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

Məlumata görə, “Qazprom”un Direktorlar Şurasının mayın 23-də keçirilən iclasında səsvermə üçün tərtib olunan şuranın yeni tərkibinin namizədlər siyahısına Dmitri Patruşevin də adı daxil edilib.

Qeyd edək ki, Dmitri Patruşev Rusiya Təhlükəsizlik Şurasının indiki katibi, 1999-2008-ci illərdə Federal Təhlükəsizlik Xidmətinin direktoru işləmiş Nikolay Patruşevin oğludur. D.Patruşev əvvəllər Rusiyanın VTB Bankının sədri işləyib. ABŞ bu banka sanksiya tətbiq edib.

Digər xəbərlər