Nikol Paşinyan Rusiyada səfərdədir - YENİLƏNİB

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərində ikigünlük işgüzar səfərdədir.

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

O, Avrasiya İqtisadi İttifaqı və MDB-nin qeyr-rəsmi zirvə toplantısına qatılacaq.

10:44

Ermənistanın baş naziri Nikol Paşinyan MDB və Avrasiya İqtisadi İttifaqının sammitində iştirak etmək üçün Sankt-Peterburqa yola düşüb.

"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, dekabrın 25-26-da Rusiyanın Sankt-Peterburq şəhərində MDB və Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı olacaq.

Sammit Rusiya Prezidenti Vladimir Putinin dəvəti və təşəbbüsü ilə keçirilir.

Digər xəbərlər