Nikol Paşinyan: “Cənubi Qafqazda sülhə ehtiyac var”

“Cənubi Qafqazda sülhə ehtiyac var”.

“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” hesabında yazıb.

O bildirib ki, bütün region ölkələri ilə sərhədlər açıq olmalıdır: “İqtisadi, siyasi, mədəni əlaqələri və bütün məsələləri diplomatik və dialoq yolu ilə həll edə biləcəyimiz regiona ehtiyacımız var”.

N.Paşinyan sülh quruculuğunun bərpa olunmasının əsas siyasi öhdəlik olduğunu qeyd edib: “Xüsusilə, bildirmək istəyirəm ki, biz sülhlə bağlı ideyalarımızı heç bir şəkildə regionumuzun maraqlarına qarşı qoymuruq. Çünki region dinc olarsa, ölkəmiz də dinc ola bilər”.

Digər xəbərlər

İranda işıq problemi olmayacaq 23 mart, 2026 / 04:12