Niderland səfiri Türkiyə XİN-ə çağırılıb

Niderlandın Ankaradakı səfiri Joep Vijnand Türkiyə XİN-ə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə XİN-dən bildirilib.

Qeyd olunub ki, buna səbəb yanvarın 22-də Niderlandın Lahey şəhərində “Qurani-Kərimin” yandırılması olub.

Məlumatda bildirilib ki, bu hərəkətlər təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin əsas hüquq və azadlıqlarını, mənəvi dəyərlərini və sosial tolerantlığını hədəf alır.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45