Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

“Elbası hər kəsi Qazaxıstan Prezidenti ətrafında sıx birləşməyə çağırıb”.

“Report” xəbər verir ki, bunu ölkənin birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin mətbuat katibi Aydos Ukibay söyləyib.

“Elbası hazırda Nur-Sultandadır. Xahiş edirəm yalan və spekulyativ məlumatlar yaymayın. Elbası bir sıra məşvərətçi görüşlər keçirir və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə birbaşa təmasdadır”, - o vurğulayıb.

Digər xəbərlər

Stiv Uitkoff Rusiyaya gedib 21 oktyabr, 2026 / 09:50