​NATO-nun baş katibi: "Rusiyanın yardımına ehtiyacımız yoxdur"

Bakı. 8 oktyabr. REPORT.AZ/ Türkiyənin sərhədlərini İŞİD terrorçularından qorumaq üçün NATO-nun Rusiyaya ehtiyacı yoxdur.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv dövlətlərin müdafiə nazirlərinin iclasının yekununa həsr edilən mətbuat konfransında bildirib.

"Xeyr, Rusiyanın yardımına ehtiyacımız olduğunu düşünmürəm. Türkiyə alyansın güclü üzvlərindəndir və NATO-nun məqsədi bütün müttəfiqlərinin təhlükəsizliyini təmin etməkdir", - o vurğulayıb.

Digər xəbərlər