Mustafa Şəntop: "İnsanlar qanunları pozarkən dövlətin qoyduğu qaydalara əməl etmədiklərini düşünməməlidir"

"İnsanlar qanunları pozarkən təkcə dövlətin qoyduğu qaydalara riayət etmədiklərini düşünməməlidirlər".

“Report”un Ankara bürosunun xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop Türkiyə Ombudsmanlıq Qurumunun Ankarada keçirdiyi “XXI əsrdə insan hüquqlarının gələcəyi” mövzusundakı beynəlxalq konfransda çıxış edərkən bildirib.

O, hazırda insan hüquqları ilə bağlı çoxsaylı sənədləşmə, islahatlar və mexanizmlərin hazırlanması dönəmindən keçdiklərini söyləyib: "Türkiyədə Ombudsmanlıq Qurumunun parlamentin nəzdində fəaliyyət göstərir. Ölkəmizdə də insan hüquqlarının ildən-ilə inkişaf edir və bunun əsası Osmanlı dönəmindən qoyulub. Bir ölkədə ədliyyyə, məhkəmə sistemlərinin böyük binalarda fəaliyyət göstərməsi əsas deyil, önəmli olan bu sistemin obyektiv işləməsidir. İnsanlar qanunu pozduqda düşünməməlidir ki, dövlətin qoyduğu qaydaları pozurlar, bununla həm də mənəvi-əxlaqi dəyərlərin pozulduğu anlaşılmalıdır. Osmanlıdakı ədalət sisteminin uğuru da bunda idi. Artıq insanlar bunun fərqindədirlər".

Qeyd edək ki, iki gün davam edəcək beynəlxalq konfrans Prezident Administrasiyasında və Ankarada “Şeraton” hoteldə 35 müxtəlif ölkədən 50-dən çox ombudsman və insan hüquqları institutlarının nümayəndələrinin iştirakı ilə keçirilir. Çıxışçılar arasında azərbaycanlı ombudsman Səbinə Əliyeva da var.

Tədbirdə Türkiyə ilə bir çox dövlətlərin ombudsmanları arasında əməkdaşlıq müqavilələri imzalanacaq.

Digər xəbərlər

İran yeni silahlar sınaqdan keçirib 31 oktyabr, 2026 / 18:49