Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşüb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, görüş Latviyanın paytaxtı Riqada baş tutub.

Məlumata görə, tərəflər ölkələri arasında münasibətləri, habelə Ukrayna, Liviya, Suriya və Əfqanıstanla yanaşı regional məsələləri müzakirə ediblər.

Digər xəbərlər

İranda 2 İŞİD üzvü edam edilib 24 yanvar, 2026 / 10:43