Bakı. 10 aprel. REPORT.AZ/ Moskva ətrafında yerləşən Domodedovo rayonunda yanacaqdoldurma məntəqəsi yaxınlığılnda baş verən atışma nəticəsində bir nəfər ölüb, ikisi yaralanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin Moskva Vilayəti üzrə İdarəsinin təmsilçisi Yelena Fomin bildirib.
Onun sözlərinə görə, hadisənin səbəbi araşdırılır.