Moskvada yaşayış binasında yanğın olub, 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Rusiyanın paytaxtı Moskvanın şimalında çoxmərtəbəli yaşayış binasında yanğın olub.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər Baş İdarəsi yayıb.

Mənzillərdən birində baş verən yanğın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Həmin mərtəbədən iki nəfər xilas edilib.

Hadisənin səbəbi məlum deyil. Araşdırma aparılır.

Digər xəbərlər