Bakı. 11 iyun. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində yaşayış binasında baş verən partlayış nəticəsində bir nəfər ölüb.
“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
*** 15:17
Rusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində yaşayış binasında partlayış olub.
“Report” xəbər verir ki, bu məlumatı “RİA Novosti” yayıb.
Bildirilib ki, qaz sızması nəticəsində baş verən hadisəyə görə yüzdən çox insan təxliyə edilib.